Öldürülmüş Nərminin atası:“Eşitmişik ki, İlkini polisə çağırıblar...” 

Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanılan şəxs barədə Trend-ə açıqlama verib.

L.Quliyev bildirib ki, hadisə ilə bağlı saxlanıldığı deyilən İlkin Süleymanov həmin kənddə yaşayır: “İlkin bizim evdən 500-600 metr aralıda yaşayır. Kənddə tanıdığımız adamdır. Qohumluq əlaqəmiz yoxdur, amma İlkin Nərminin atası Şərifin sinif yoldaşıdır. Hüquq-mühafizə orqanları onu izahat almaq adı ilə aparıblar. Amma qətlin kimin tərəfindən törədilməsi barədə bizə heç nə deməyiblər. Biz də eşitmişik ki, İlkini polisə çağırıblar. Amma nə vaxt çağırıblar, niyə çağırıblar xəbərimiz yoxdur. Bu dəqiqə başımız qarışıqdı, onu araşdırmaq halında deyilik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cahangir Hacıyevin məhkəməsi oldu –

Sonrakı məqalə

General Süleymaninin son dəqiqələri –