Bir neçə gün əvvəl ölkədə un məhsullarının qiymətinin bahalaşması ilə əlaqadar Azərbaycanın iri un və çörək istehsalçıları xalqa müraciət etmişdilər. Bu şirkətlər qiymətin artmasını dünyada taxılın qiymətinin bahalaşması ilə bağlamışdılar. Amma həmin müraciətdə iri un şirkətlərinin adları göstərilməmişdi. Azpost.info bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqladığı  məlumatda Azərbaycana un idxal edən şirkətlərin adlarını görmək mümkündür. Siyahıda 26 MMC-nin və 2 fiziki şəxs olan sahibkarın adları qeyd olunub. Həmin iri un istehsalçılarının adlarını təqdim edirik:   1."Abşeron Taxıl" MMC 2 "Anadoluqida" MMC 3 "AVETA" MMC 4 "Azeri" Korporasiyası 5 "Azeri-Arapoğlu U.S.və T.LTD" BM 6 "AZƏRUN MMN" MMC 7 "Bakı Taxıl Terminalı" MMC 8 "Delta Qrup C.O." MMC 9 "Dəniz un sənayesi LTD" MMC 10 "Dəvəçi-Dəyirman" MMC 11 "Dəvəçi-Taxıl" MMC 12 "Gəncə Dəyirman" MMC 13 "Hazartürk LTD" MMC 14."KARAT HOLDİNQ" MMC 15 "Karmen" MMC 16 "Nadir Quliyev adına Bakı-Taxıl" ASC 17 "NEON" Firması 18 "Nural" MMC 19 "Orxan UN" MMC 20 "PAK-NUR" FİRMASI 21 "Qarabağ un" MMC 22 "Səma" fərdi firması 23 "Şəmkir Un-Yem" MMC 24 "Sünbül 2012" MMC 25 "Taxıl AQRO" MMC 26 "Xırman" MMC 1400220451 27 F/ş Cəfərli Tural Yelmar oğlu 1602494722 Bakı şəhəri, Nərimanov rayonu 28 F/ş Mirzəyev İskəndər Yusubəli oğlu Xızı rayonu, Giləzi qəsəbəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu MMC-lərə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edib. Azpost.info