Ölkə əhalisinin sayı ilin əvvəlindən 12848 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il aprel ayının 1-i vəziyyətinə 10079956 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, əhalinin ümumi sayının 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləridir. Bildirilib ki, onlardan 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.