“Ölkədə koronavirusa kifayət qədər yüksək yoluxma qeydə alınır” –Prezidentin köməkçisi

“Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa kifayət qədər yüksək yoluxma qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün keçirilən brifinqdə həm cari vəziyyət, həm də növbəti addımlar haqqında məlumat veriləcək.

“Sentyabrdan növbəti məhdudiyyətlər tətbiq olunacaq”, – deyə Ş. Mövsümov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ermənistan Laçın, Kəlbəcər və Tovuzdakı mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

“Ölkədə yoluxma əmsalı 23 faizdir” –