“Ölkədə kütləvi iğtişaşların tirajlanması başlayıb” –

Gürcüstan prezidenti xalqa müraciət etdi
01 Oktyabr 2021 - 18:56
“Gürcüstanda kütləvi iğtişaşların tirajlanması başlayıb. Amma hakimiyyət cəmiyyəti sakitləşdirməyə cəhd etmir”.
Azpost.info bildirir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili xalqa videomüraciətində bəyan edib: “Kütləvi iğtişaşlar tirajlanır. Ölkəyə isə seçkilərin açıq və ədalətli keçməsi üçün sabitıik lazımdır”.
S.Zurabişvili qeyd edib ki, eks-prezident Saakaşvilinin qayıtması xəbərini kim tirajlayırsa o ölkədə seçki yox qarışıqlıq istəyir: “Onlar 3 oktyabrda küçə yürüşlərinə dəstək verməklə qeyri-sabitliyi dəstək verirlər. Sözdə dinc seçkilərə getməyə çağırsalar da hərəkətləri ilə başqa şeyə hazırlıq getdiyini nümayiş etdirirlər”.
Gürcüstan prezidenti hakimiyyəti yetərli reaksiya vermədiklərinə görə tənqid edib.
“Şərhlər partiyalardan deyil dövlət strukturlarından gəlməlidir”.
Prezident bəyan edib ki, qanunun tərəfindədir və ölkədə istənilən qarışıqlığın əleyhinədir.
Gürcüstanda seçkilər oktyabrn 2-də keçiriləcək.