“Ölkədə meymunçiçəyinin müalicəsi üçün bütün imkanlar var” –RƏSMİ

Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

Bu barədə APA-ya  Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

Əvvəlki məqalə

“Meymunçiçəyi dünya üçün kritik sınaq olacaq” –

Sonrakı məqalə

Ölkədə bir milyon ailədə bir və iki uşaq var –