Ölkədə peyvənd olunanların sayı 453,586 nəfərə çatıb

14 Mart 2021 - 17:26

Azərbaycan Respublikasında 13 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 5,942 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 453,586 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.