Ölkədə virusa yoluxanların sayı 18 min 112 nəfərə çatıb –

10 min 61 nəfər sağalıb, 220 nəfər vəfat edib
01 İyul 2020 - 20:09

Azərbaycanda indiyədək ümumilikdə 18112 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.