Ölkədə virusa yoluxmuş şəxslərin neçəsi aktiv xəstədir? –Yoluxanların 3-ü uşaqdır, 10 xəstə sağalıb (RƏQƏMLƏR)

23 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azpost.info Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusinfo.az rəsmi saytına istinadən bildirir ki, hazırda  aktiv koronavirus xəstələrinin sayı 61 nəfərdir, onlardan 3 pasiyentin vəziyyəti orta ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 72-dir. Onlardan 61 nəfəri aktiv koronavirus xəstəsidir. Yoluxanların 3-ü uşaqdır.
10 nəfər sağalıb. Koronavirusdan 1 ölüm faktı qeydə alınıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ümumdünya Səhiyyə Təşkilatının 23 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 190 ölkəsində 332,935 nəfər koronavirusa yoluxub və xəstəlikdən 14,510 nəfər vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda küçəyə çıxması qadağan olunan insanların sayı nə qədərdir? –

Sonrakı məqalə

Neft bahalaşıb