Ölkədən qaçan sabiq prezident Meksikaya sığındı –

Moralesə siyasi sığınacaq verildi
12 Noyabr 2019 - 09:17

Meksika hakimiyyəti Boliviya prezidenti vəzifəsindən istefaya gedən Evo Moralesə siyasi sığınacaq vermək qərarına gəlib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard deyib. M.Ebrard bildirib: “Meksika XİN cənab Evo Moralesə humanitar səbəblərdən siyasi sığınacaq vermək qərarına gəlib”.