“Ölkələr bu yolla hərəkət etməlidir” –ABŞ dövlət katibinin köməkçisi "Zəngəzur dəhlizi"ndən danışdı

“Cənubi Qafqazda sülhün vaxtı çatıb”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışında Bakıya səfəri barədə danışarkən bildirib.

“Sülhün vaxtı çatıb. Bu, təkcə COP29-a ev sahibliyi edəcək Azərbaycan üçün deyil, bütün region və Mərkəzi Asiya üçün problemdir. Bütün bu ölkələr yalnız Çin və ya Rusiya vasitəsilə ixrac həyata keçirir. Onların çıxış yolu olması üçün Azərbaycan üzərindən hərəkət etməlidirlər. Bir marşrut Gürcüstandan Qara dənizə gedir. Digəri, potensial olaraq daha böyük olanı Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Buna görə də 90-cı illərdə baş qaldırmış münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyacımız var. Bizim mesajımız ondan ibarətdir ki, sülhün vaxtı çatıb”, – Dövlət Departamentinin sözçüsü bildirib.

 

Əvvəlki məqalə

“Hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ yolunda irəliləyə bilməyəcək”

Sonrakı məqalə

“İran Rusiya ilə yeni sazişə böyük əhəmiyyət verir”