“Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir” –Serbiya Prezidenti

Serbiya geosiyasi mövqeyinə görə böyük təzyiqlərlə üzləşib. Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyi üçün ölkəsinin davamlı təzyiqlərə məruz qaldığını bildirib.

“Serb xalqının cavabının güclü və məsuliyyətli olacağına inanıram. Serbiyanın manevr imkanlarını məhdudlaşdırmaq istəmirəm”, – deyə o qeyd edib.

Aleksandar Vuçiç Serbiya-Kosovo münasibətlərinə toxunub, sülhün ölkəsinin əsas maraqları sırasında olduğunu vurğulayıb.

“Serbiya azadlığı ilə fəxr edən ölkədir. Serbiya uğrunda mübarizəni davam etdirəcəyəm”, – deyə ölkə başçısı bildirib.

Əvvəlki məqalə

Rusiyada terror aktının qarşısı alınıb

Sonrakı məqalə

“Rusiya ordusu irəliləyir, Ukrayna müqavimət göstərə bilməyəcək” *