Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ölkəyə qaçaq yolla siqaret gətirən gəmi kapitanı və matros həbs edilib

User 17 Dekabr 2025 - 13:56 (Last updated: 17 Dekabr 2025 - 13:56)
Baş Prokurorluğun

Baş Prokurorluğun

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir.

İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir.

Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.

İş üzrə, həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.

İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib. /APA/

AzPost.az

Post navigation

Previous: Çində dünyanın ən böyük buz fiqurlar sərgisi açılıb
Next: İngiltərədə həkimlər maaş tələbi ilə tətil elan ediblər

Oxşar xəbərlər

valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
audi8
  • Sosial

Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra

User 17 Noyabr 2026 - 09:22
Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01

xƏBƏR

Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40
İki aylıq nisbi sakitlikdən sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Bir gün əvvəl İran pilotsuz uçuş aparatları...
Read more about İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var
Bu günə olan valyuta məzənnələri valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir? burcler
  • Maraqlı

Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir?

User 17 Noyabr 2026 - 09:30
Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra audi8
  • Sosial

Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra

User 17 Noyabr 2026 - 09:22
ABŞ və Ukrayna Berlində təhlükəsizlik zəmanətlərini müzakirə edəcək Ukrayna
  • Dünya

ABŞ və Ukrayna Berlində təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

User 17 Noyabr 2026 - 09:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.