Ölkədə kütləvi yoluxma əsasən yas mərasimlərində baş verir –TƏBİB

“Təəssüf ki, yas yerlərində kütləvi yoluxmalar baş verir”.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Bayramlı deyib ki, yas qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara riayət olunmur: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür

Sonrakı məqalə

Azərbaycanda “COVİD 19” pasportunun tətbiqi ilə bağlı müzakirələr aparılır –