Ölkənin ən çox sərmayə qoyulan rayonları –Ən pis göstərici hardadır? MƏBLƏĞLƏR (SİYAHI)

Azərbaycanda 2020-ci ilin ilk rübündə ən çox və ən az sərmayə yatırılan rayonar məlum olub.

Azpost.info fed.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsininin məlumatına görə, ilk rübdə ölkəyə ümumilikdə 3 milyard 77 milyon manat yatırım edilib.

Ən böyük investisiya məbləği həmişəki kimi Bakı şəhərinə yatırılıb – 2 milyard 59 milyon manat və ya ümumi investisiyaların 67%-i. Başqa sözlə, birincü rübdə ölkəyə yatırılan hər 3 manatdan 2 manatı Bakıda xərclənib.

Siyahıda gözlənilmədən 2-ci yeri Naxçıvan şəhəri tutub – 154 milyon manat və bütün ölkə üzrə göstəricinin 5%-i. Sərmayələrin həcminə görə, ilk 5-liyi Sumqayıt, Qəbələ və Abşeron rayonları tamamlayır.

Ümumilikdə 21 rayon və şəhərə 10 milyon manatdan artıq vəsait yatırılıb. Onların arasında Zərdab və Tərtər rayonlarının olması (müvafiq olaraq 15,8 milyon və 13,2 milyon manat) diqqəti çəkir.

16 rayon və şəhərə 5 milyon manatdan artıq, 19 rayon və şəhərə isə 1-5 milyon manat vəsait yatırılıb.

İnvestisiya yatırılmasın görə, hələlik ən pis göstərici Yardımlı, Lerik və Daşkəsəndədir – bu rayonlara ilk rübdə 100 min manat da pul qoyulmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə koronavirusdan daha 29 nəfər ölüb

Sonrakı məqalə

“Azadlıq” qəzetinin direktoruna 15 sutka həbs cəzası verilib