Ölkədə nikah və boşanmaların sayı açıqlandı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.