Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Ölkəmizin “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub

User 09 Mart 2026 - 21:00 (Last updated: 10 Mart 2026 - 18:49)
avroviziya mahni

Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

“Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

 

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Ərdoğana zəng edib
Next: Yaxın Şərqdə neft hasilatı yaxın bir ayda dayana bilər

Oxşar xəbərlər

pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
ceyn fonda terner
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35

xƏBƏR

qulaq
  • Maraqlı

Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq

User 16 Noyabr 2026 - 22:50
Küləyin güclü əsməsi zamanı qulaqda və başda yaranan ağrılar orta qulağın iltihabından, üçlü sinirin nevralgiyasından və ya...
Read more about Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq
İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır? Duş
  • Maraqlı

İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır?

User 16 Noyabr 2026 - 22:40
MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.