Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ölkədə təxribat planlaşdıran ekstremist qruplaşma aşkar edilib –

User 16 Dekabr 2024 - 12:27 (Last updated: 21 May 2025 - 20:15)
dtx

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.

Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub, həmçinin digər şəxslər istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.

Post navigation

Previous: Rusiyada ərzaq talonlarının tətbiq olunması təklif edilib
Next: Azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.