Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ölkəmizi neft-qaz gəlirlərindən məhrum emək istəyirlər” –

User 22 Oktyabr 2024 - 10:57 (Last updated: 21 May 2025 - 20:15)
zahid oruc

 “Ölkəmizi böyük neft-qaz gəlirlərindən məhrum emək istəyirlər. Yüz illərlə qurulan infrastrukturu məhv edib, əhalinin daimi təminatlarına zərbə vurmağa çalışan beynəlxalq qüvvələr var”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin üzvü Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin iqlim problemləri ilə bağlı keçirdiyi Dəyirmi Masada çıxışı zamanı bildirib.

Z.Orucun sözlərinə görə, BMT-nin mandatı altında keçirilən belə dünyəvi tədbirə qarşı səfərbər olunan dövlətlər, titullu media şəbəkəsi və beynəlmiləl 3-cü sektor ölkəmizə qarşı sistemli hücum kampaniyası aparır:  “Biz haqlı olaraq, COP 29 və Qarabağ 29 kimi eyni mənanı ifadə edən terminləri işlətməyi haqq edirik. 1991-ci ildən hesabladıqda üzərindən məhz 30 ilə yaxın vaxt keçəndən sonra ölkə başçısının dediyi kimi, biz qlobal layları tərpətməyi bacardıq.  Mahiyyət etibarilə  hər iki məkanda-ərazi bütövlüyü və dünyanın gələcək ekoloji taleyi məsələsində xalqımızın üzləşdiyi haqsızlıqlar, gündəlik hibrid müharibələr yalnız bir məqsədə- yaşadığımız ölkə və regionda bütün hərbi və təhülkəsilzik mühitini məhv etməyə, ekoloji tarazlığı pozmağa yönəlib”.

Deputat qeyd edib ki,qlobal iqlim böhranından çıxış yollarının axtarılmasında yalnız qarşılıqlı əməkdaşlıq böyük səmərə verə bilər. İqlim dəyişikliyi ilə mübarizədə hamı kimi, elm və tədqiqatçılar ordusu həlledici qüvvəyə malikdir. Lakin 500 milyondan artıq əhalinin üzləşdiyi problemin həllinə iqlim maliyəsinin cəmi 2% xərclənir: “Əvəzində Kioto sazişinə qoşulmayan ölkələrin Azərbaycan ətrafında ekoloji deyil, məhz siyasiləşdirdikləri dumanlı, çirkli bir atmosferi görürük. Qarabağda erməni irsinin taleyi, insan haqları, sülh müqaviləsinin Qərbdə maraqlarımızın ziddinə imzalanması və digər süni gündəmi formalaşdıranların bircə faizi uzun illərdir mina ilə çirklənən torpaqlara, indi də təkbaşına mübarizə apardğımız qlobal problemə əl uzadıb bircə kəndi, yaxud küçəni abadlaşdırıb vətəndaşlarımıza verməkdə maraqlı deyillər. Halbuki qlobal iqlim razılaşması o halda mümkündür ki, birinci növbədə, siyasi atmosfer və ədalətli beynəlxalq təhlükəsizlik sistemi yaradılsın. Siyasi iqlim normallaşmasa, ekosistetm-ekoloji coğrafiyada harmoniya olmayacaq”.

“Ölkəmiz iqlim müzakirələrinə meydan olmaqla bütün qitələr və dövlətlər arasında körpüyə çevrilir. İqlim atəşkəsi çağırışının da başlıca mənası Bakını sülh paytaxtına çevirməkdir. Biz həm coğrafi, həm də siyasi baxımdan, körpü olmağa hazırıq”-deyə Z.Oruc bildirib.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
Next: 9 ayda 28 min nəfərə onlayn qaydada pensiya təyin edilib

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.