“Ölümü ani oldu, balam quş kimi uçub getdi” –Nazpəri Dostəliyeva

“Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva deyib. Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: “Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı”.

“Elə bil, cənnət quşu idi… Deməli, həyatıma bu da yazılıbmış”…”- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.

Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib. (News24.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada 16 nəfərlik turist qrupu qar uçqunu altında qalıb –

Sonrakı məqalə

Ağdamda iki uşaq anası olan 33 yaşlı qadın intihar edib