Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycandan “Human Rights Watch”a AÇIQ MƏKTUB

Orkhan Ali 31 Yanvar 2025 - 08:25 (Last updated: 21 May 2025 - 20:15)
1

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.

AzPost bildirir ki, məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib.

Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.

Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb.

Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox soydaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.

Ombudsman “Human Rights Watch” təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Post navigation

Previous: SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri –
Next: Bu küçədə təmir başladı, yollar bağlanıb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.