Ömrü uzatmağa kömək edən vərdişlər

Alimlər insanın ömrünü uzatmağa kömək edən bir sıra vərdişləri müəyyən ediblər.

Azpost.info bildirir ki, bu barədə “The Conversation” məlumat yayıb.

Alimlər ilk növbədə daha çox bitki mənşəli qidalar yeməyi tövsiyə edir. Çünki onlar bir çox xəstəliklərin, o cümlədən xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Sağlam çəki saxlamaq da eyni dərəcədə vacibdir – piylənmə bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun üçün alimlər müntəzəm olaraq idmanla məşğul olmağı məsləhət görürlər. Fiziki fəaliyyət təkcə fiziki hazırlığı qorumağa kömək etmir, həm də xroniki xəstəliklərdən, stressdən və psixi pozğunluqlardan qoruyur.

Bundan əlavə, siqaretdən imtina etmək israrlı şəkildə tövsiyə olunur. Araşdırmalara görə, siqaret həm ömrü qısaldır, həm də keyfiyyətli yaşamı pisləşdirir, xərçəng və ürək xəstəliklərinə tutulma riskini artırır.

Elm adamları digər insanlarla müntəzəm ünsiyyəti beşinci vərdiş kimi müəyyən ediblər. Onların fikrincə, sosial təcrid demensiya və depressiya riskini artırır.

Əvvəlki məqalə

Suriyada ABŞ bazasına hücum edilib

Sonrakı məqalə

Qazaxıstanda kafedə partlayış olub –