Oqtay Əliyevin dəhşətli qəzada vəfat etməsi barədə təfərrüatlar ortaya çıxıb.
Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü Oqtay Əliyev bir müddət əvvəl ürək əməliyyatı etdirib. Avtomobili “VAZ” dairəsindən Saray yolu istiqamətində idarə edərkən qəfil ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş:
“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, bu gün saat 18:15-də avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.