Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib –Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar /FOTO

Abşeron rayonu ərazisində, Saray yolunda avtomobil qəzası baş verib.

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Oqtay Əliyevin idarə etdiyi “Toyota” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəzada Oqtay Əliyevin həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva,Xalq artisti Mehriban Zəki yüngül yaralanıb.
Əvvəlki məqalə

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər

Sonrakı məqalə

TƏBİB Oqtay Əliyevin həlak olduğu qəza ilə bağlı açıqlama yaydı