“Oqtay Gülalıyev özü qida qəbul edir, danışanları eşidir” –Həyat yoldaşı danışdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşır.

Azpost.info Turan-a istinadən məlumat verir ki, bu barədə xanımı Füruzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, uzun müddətdir ki, fəalın hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.

İstanbulda “Amerika” klinikasında müalicə davam edir. Artıq O.Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb: “O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, – F.Gülalıyeva deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İslahatların indikatoru olan “Strateji Yol Xəritəsi” necə icra olunur? –

Sonrakı məqalə

Yeni ilin ilk iş gününə olan hava necə olacaq?