Oqtay Gülalıyev Tədris Cərrahiyə Klinikasına köçürülüb

06 Avqust 2021 - 14:52

İki il öncə avtomobil qəzasına düşərək, ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.

Bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

O bildirib ki, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Oqtay Gülalıyev vurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, həmin ilin noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.