“Ordumuzun 80 faizi yoxdur. Bu, məğlubiyyət deyil, darmadağındır” –

Ermənistanın sabiq Baş naziri
25 Noyabr 2020 - 18:38

“Bizim ordumuzun 80%-i yoxdur, ordu dağıdılıb”.

“News.am”ın verdiyi xəbərə görə, bunu bu gün Ermənistanın sabiq Baş naziri Qrant Baqratyan jurnalistlərə deyib.

O qeyd edib ki, Ermənistan ordusuna məxsus çoxlu sayda hərbi texnika Azərbaycan Ordusunun əlinə keçib: “Bu, məğlubiyyət deyil, darmadağındır”.