Ordumuzun hərbi qulluqçusu göldə boğularaq ölüb

31 Mart 2021 - 09:52

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.