Rusiya müdafiə nazirinin müavini Xankəndinə gəlib

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

 “Sputnik Armenia”nın verdiyi məlumata görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordumuzun hərbi qulluqçusu göldə boğularaq ölüb

Sonrakı məqalə

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb