Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Orta məktəblərin rus bölmələrində müəllim niyə çatmır?

User 18 Mart 2024 - 16:08 (Last updated: 21 May 2025 - 20:15)
muellim kisi

Fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında məktəblərin rus bölmələrində vakant yerlərin qaldığını bildirmişdi.

Vakant yerlərin boş qalmasının əsas səbəblərindən biri rus bölməsini bitirən abituriyentlərin pedaqoji ixtisaslara çox az maraq göstərməsi ola bilər. 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova Azadlıq Radiosuna belə deyib və əlavə edib: “Dərs saatlarının və maliyyənin azlığı, ali təhsil ocaqlarında rus bölməsi üçün hazırlanan pedaqoq kadrların say yetərsizliyi də bunun səbəblərindən sayıla bilər”.

Məktəblərin rus bölmələrində müəllim çatışmazlığı olsa da, şagirdlərin sayı artmaqdadır. Məsələn, 2017-ci ildə rus bölməsində 90 min şagird təhsil alırdısa, 2022-ci ildə onların sayı 160 min nəfərə yüksəlmişdi.

Elm və Təhsil Nazirliyi bildirib  ki, hazırda Azərbaycanda Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və digər bir neçə ali təhsil ocağında ümumi təhsil müəssisələrinin rus bölmələri üçün pedaqoji kadrlar hazırlanır. Təkcə ötən il Azərbaycan Dillər Universitetini rus bölməsində ingilis dili dərsi keçmək üçün 120 nəfər bitirib.

Prezident İlham Əliyev 2022-ci ildə Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərin rus dili bölmələrində oxuyur. Prezident bu il martın 6-da Rusiya Federasiyasının baş naziri Mixail Mişustin ilə görüşündə yenə Azərbaycanda rus dilində tədris məsələsinə toxunub. O, Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil verildiyini, 16 min ölkə vətəndaşının rusca təhsil aldığını söyləyib. Bu da onu göstərir ki, iki il içində ali məktəblərin rus bölmələrində təhsil alanların sayı çoxalıb.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, bu ilin buraxılış imtahanına 105 min 513 şagirdin qatılması nəzərdə tutulmuşdu. Onlardan 95 min 55 nəfər Azərbaycan, 9 min 788 nəfəri rus bölməsindən olub.

Ötən il qəbul imtahanlarının ikinci mərhələsi göstərir ki, 7 min 656 nəfər rus, 72 min 90 nəfər Azərbaycan bölməsindən sınağa çəkilib.

Post navigation

Previous: Ağ Ev Rusiyadakı prezident seçkilərinə qiymət verdi
Next: Prezident Xankəndidə Novruz tonqalını yandırdı, xalqı təbrik etdi –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.