“Ortaq türk tarixi dərsliyi artıq hazırdır”

- Nazir
30 Yanvar 2020 - 12:54

“Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası çərçivəsində ortaq türk tarixi dərsliyinin tədrisinə başlanılması müzakirə ediləcək: “Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması da müzakirə olunacaq”.

Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası keçirilir.