Ötən 6 ayda neftdən ölkəyə 3 milyard dollar gəlir gəlib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin altı ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 10,23 faiz azalıb.

Dövlət Neft Fondunun yaydığı məlumata görə, AÇG yatağından 2024-cü ilin əvvəlindən iyulun 1-i tarixinə 3 005,3 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 3 milyard 348 milyon dollar gəlir əldə edilmişdi.

Şahdəniz yatağından (qaz və kondensat) gəlir 244,069 mln. ABŞ dolları təşkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60,784 mln. ABŞ dolları olub.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Astanada “Müstəqillik” Sarayına gəlib

Sonrakı məqalə

“Zelenski Taker Karlsona müsahibə verməyəcək”