Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ötən ay dövlət sərhədini pоzan 15 əcnəbi saxlanılıb

User 02 Avqust 2025 - 16:40 (Last updated: 02 Avqust 2025 - 15:06)
dsx serhed

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin iyul ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb. Onların 6-sı Azərbaycan, 3-ü Əlcəzair, 2-si Banqladeş, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i İran, 1-i İraq, 1-i Tacikistan, 1-i Hindistan, 1-i Sudan vətəndaşı olub.Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 11 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 701 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 543 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 48 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 333 kiloqram 812 qram narkоtik vasitə, 5942 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 3 ton 54 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb; qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 119 min 876 manat оlan qaçaqmal, о cümlədən ABŞ və RF valyutası, qızıl-zinət əşyaları, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

AzPost.az

Post navigation

Previous: Günəşdə 10-dan çox partlayış qeydə alınıb
Next: Suriyaya ilk mərhələdə 1,2 milyard kubmetr qaz göndəriləcək

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.