Ötən gün 97 nəfər toy məclisinə buraxılmayıb

12 Noyabr 2021 - 10:39

Noyabrın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 63 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 6 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;

– 97 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb