Ötən il Azərbaycanda koronavirusa yoluxanların 1.2 faizi ölüb

09 Mart 2021 - 15:42

2020-ci ilin 31 dekabr tarixinə ölkədə ümumilikdə 218. 7 min  nəfərin  koronavirus infeksiyasına  yoluxması faktı müəyyən edlib, onlardan 184.4 min nəfər müalicə olnaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.6 min, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan testlərin sayı isə 2195.5 min olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabat ilinin sonuna Azərbaycandakı koronavirusa ümumi yoluxanların 84.3 faizi sağalıb, 14.5 faiz aktiv xəstə olub, ümumi yoluxanların 1.2 faizi dünyasını dəyişib.