Ötən il xaricdən Azərbaycana buğda idxalı rekord həddində olub –

Əkin sahələri niyə azalır?
25 Yanvar 2020 - 09:45

2019-cu ildə Azərbaycanda buğda istehsalı və idxalının həcmi 2018-ci illə (3123.9 min ton) müqayisədə 20.2 % artaraq  rekord həddə çatıb – 3 milyon 756.5 min ton.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il buğda məhsulu 2 milyon 171.5 min ton (+ 6.3%) təşkil edib. Əkin sahələrinin (6709 min ha) 7.8 min ha azalması ilə yanaşı, hər hektardan məhsuldarlıq (32.4 sentner) 2.3 sentner artıb. İl ərzində Rusiya və Qazaxıstandan 1 milyon 585 ton buğda (+ 46,6%) idxal edilib. Xaricdə buğda alıması xərcləri 2019-cu ildə idxalın 2,5% -ni (340.5 milyon dollar) təşkil edir. (Turan)