Ötən il 4 minə yaxın rusun Finlandiyaya girişinə qadağa qoyulub- Sərhəd Xidməti

2022-ci ildə Finlandiya Sərhəd Xidməti 3375 əcnəbi vətəndaşın Rusiya ilə sərhəddən ölkəyə daxil olmasına qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə qurumun rəsmisi Miru Alopaeus bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2021-ci illə müqayisədə 7,5 dəfə çoxdur.

Alopaeus deyir ki, imtinaların çoxu ictimai sağlamlıq və ictimai asayişin təmin edilməsi səbəbindən olub.

Ümumilikdə, Finlandiya-Rusiya sərhədində ən böyük sərhəd keçidlərini 2022-ci ildə 1,5 milyon nəfər keçib ki, bu da 2021-ci illə müqayisədə iki dəfədən çoxdur.

Azpost.info

Əvvəlki məqalə

BQXK-nın avtomobillərinin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidi təmin edilib

Sonrakı məqalə

Hava dəyişəcək, qar yağacaq