Ötən il 920 mindən çox “ASAN Viza” verilib- Açıqlama

“2019-cu il ərzində 920 000-dən çox “ASAN Viza” verilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Agentlik sədrinin sözlərinə görə, bu günə qədər ümumilikdə 1 877 835 viza verilib ki, onlardan 619.249-u hava limanında verilmiş vizadır.

Ü.Mehdiyev eyni zamanda qeyd edib ki, 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayı 5 milyona yaxındır. Onun sözlərinə görə, bu, müraciətlərin 54 faizini təşkil edir: “Rəylərə əsasən, məmnunluq səviyyəsi 99,3 faiz olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə naziri koronavirusla bağlı əmr imzaladı

Sonrakı məqalə

Gürcüstan vətəndaşlarını Çindən təxliyə edəcək