Ötən il televiziya və radio kanallarına 76 milyon manat dotasiya ayrılıb

2020-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7500-dən çox işçi qüvvəsi çalışır. 

Milli Televiziya və Radio Şurasından bildirilib ki, onlardan təxmini 4800 nəfəri televiziya işçisi kimi, 2000-dən çox insan ödənişli televiziya operatoru, 400-ə yaxın şəxs isə radio əməkdaşı kimi fəaliyyət göstərir. Televiziya və radio sahəsində işləyən 600-ə yaxın əməkdaş regionlarda yaşayır və işləyir.

Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərməkdə davam edir.

Dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.

2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil edib ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olub.

Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.

2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olub. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan höküməti öz vətəndaşlarına qarşı xəsislik edir” –

Sonrakı məqalə

İranda virusa yoluxanların sayı 209 min nəfəri ötüb –