Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Oturaq həyat tərzi ürək sağlamlığına mənfi təsir edir –

User 14 Sentyabr 2025 - 15:23 (Last updated: 14 Sentyabr 2025 - 12:06)
komputr

Yeni araşdırma oturaq həyat tərzi ilə ürək sağlamlığı arasında güclü əlaqənin olduğunu bir daha təsdiqləyib.

“The İndependent” nəşri xəbər verir ki, ABŞ-ın Massaçusets xəstəxanasında çalışan alimlərə görə, idman gündəlik fəaliyyətin yalnız kiçik bir hissəsini təşkil edir və mövcud sağlamlıq təlimatları, oturaq həyat tərzinin mənfi təsirlərini azaltmağa dair konkret tövsiyələr ehtiva etmir.

“JACC” akademik jurnalında nəşr olunan yeni araşdırmada, Britaniya Biobankında qeydiyyatdan keçmiş 90 min nəfərin sağlamlıq məlumatlarını təhlil edilib. Araşdırmaya cəlb olunanların 56 faizini qadınlar təşkil edib, onların orta yaşı 62 olub. İştirakçılar 7 gün ərzində biləklərinə taxılan akselerometr vasitəsilə hərəkətlərini qeydə alaraq məlumat təqdim ediblər. Bu iştirakçılar gündə ortalama 9,4 saat oturaq vəziyyətdə qaldıqlarını bildiriblər.

Tədqiqatın məqsədi oturaq vaxt və fiziki fəaliyyətin birgə təsirini qiymətləndirmək və bu faktorların atrial fibrilasiya (AF), miokard infarktı (MI) və ürək çatışmazlığı (HF) kimi ölümcül ürək xəstəlikləri ilə əlaqəsini araşdırmaq olub. Alimlər, iştirakçıları 8 il ərzində izləyərək, 3600 nəfərdə AF, 1850 nəfərdə HF və 1600 nəfərdə MI xəstəliklərinin inkişaf etdiyini müəyyən ediblər. Bu dövr ərzində 900-ə yaxın iştirakçı ürək xəstəliyindən ölüb. Araşdırmanın nəticələri göstərib ki, AF və MI ilə qarşılaşanlar arasında risk zamanla mütəmadi olaraq artıb. Lakin HF və ürək xəstəlikləri ilə qarşılaşanlar üçün oturaq vaxtın gündə 10,5 saata qədər artırılmasında risk artımı minimal olub. Bu həddə çatdıqda isə riskin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub. Fiziki fəaliyyətin tövsiyə olunan 150 dəqiqəlik həftəlik həcmində yerinə yetirilməsi iştirakçılarda AF və MI risklərinə bəzi müsbət təsirlər göstərib, lakin HF və ürək-damar xəstəlikləri (CV) ilə əlaqəli ölümlərin riski bu qrupda da yüksək qalıb. Tədqiqatçılar, bu nəticələrin ictimai sağlamlıq səylərinə və gələcək təlimatlara dair əhəmiyyətli bir məqamı vurğulayırlar – oturaq vaxtın azaldılmasının vacibliyi.

Tədqiqatın həmmüəllifi Şaan Xurşid gündə 10,6 saatdan çox olmayan oturaq vaxtın sağlam ürək üçün məqsəd olaraq qəbul edilə biləcəyini vurğulayıb. Alimlər məsələnin daha da dərindən araşdırılması və oturaq həyat tərzinin ürək sağlamlığına təsirlərinə qarşı daha konkret tövsiyələrin verilməsinin vacibliyini bildirirlər. Onlar iştirakçıların hərəkətsizlik müddətini ölçmək üçün istifadə edilən akselerometrlərin bəzi xətalar edə biləcəyini, xüsusən duruşun düzgün qiymətləndirilməməsi səbəbindən potensial yanlış nəticələr verə biləcəyini vurğulayıblar. Bununla belə, alimlər bu araşdırmanın oturaq həyat tərzi ilə ürək sağlamlığı arasındakı əlaqəni möhkəmləndirən daha çox sübut təqdim etdiyini bildirirlər. Broun Universitetinin Ailə Təbabəti Departamentinin direktoru Çarlz İton bu tədqiqatın insanların sağlamlığını yaxşılaşdırmaq üçün daha çox hərəkət etmələri lazım olduğunu sübut edən güclü dəlillər ortaya qoyduğunu vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Təyyarə istehsalı ilə başlanan yol –
Next: 7-10 min addım atmaqla nə qədər kalori yandıracaqsınız?

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.