Ötən il dünyada 21 milyarder vəfat edib

Keçən il “Forbes” siyahısında yer alan 21 milyarder dünyasını dəyişib.

Azpost.info bildirir ki, bu barədə nəşr məlumat yayıb.

Bu milyarderlərdən 9-u ABŞ vətəndaşı olub. Üç nəfəri Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib.

Vəfat etmiş 21 nəfər arasında yalnız biri qadındır. -Çinndə WuXi App əczaçılıq şirkətinin həmtəsisçisi Zao Ning 56 yaşında ölüb.  O, son 20 ildə xərçənglə mübarizə apardı.

2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed də 94 yaşında vəfat edib. O, Parisdəki Ritz otelinin, London univermağı Harrods və Fulham Futbol Klubunun sahibi idi.

Ölən ən yaşlı milyarderlər sırasında avtomobil dilerləri şəbəkəsinin sahibi, Clear Channel radiostansiyasının (indiki iHeartMedia) təsisçisi Billi Coe “Red” McCombs (95 yaş) və milyarder investor Uorren Baffetin Berkshire Hathaway şirkətinin vitse-prezidenti və səhmdarı olan 99 yaşlı Çarlz Munger də var.

2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Jimmy Baffett də yer alır. İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni, Intel-in həmtəsisçisi Qordon Mur, Hindistanın ən böyük boya şirkəti Asian Paints Ltd-nin müstəqil direktoru Aşvan Dani (siyahıdakı ən varlı, sərvəti 8 milyard dollar idi) də dünyasını dəyişmiş milyarderlər arasındadır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.