“Övladda nəvə…” –

Nənələr niyə nəvələrini hamıdan çox istəyir? (ELMİ ARAŞDIRMA)
18 Noyabr 2021 - 23:19
Belə bir fikir mövcuddur ki, nənələr öz nəvələrini övladlarından çox sevir. 
Azpost.info-nun məlumatına görə, ABŞ-ın Emori Unversitetinin alimləri subut ediblər ki, bu tezisin elmi əsası var.
Alimlərin tədqiqatının nəticələri  Proceedings of the Royal Society B: Biological Sciences. 
jurnalında dərc olunub.
Alimlər bununla bağlı eksperiment keçiriblər. Təcrübədə 3 yaşından 13 yaşınadək nəvəsi olan 50 qadın iştirak edib. Alimlər eksperiment iştirakçılarına nəvələrinin, övladlarının və tanımadıqları adamların fotolarına baxmaq təklif ediblər. Paralel olaraq onlar MRT vasitəsilə nənələrin beyin fəaliyyətini izləyiblər.
Məlum olub ki, nənələrin beyni övladlarının və nəvələrinin fotolarına müxtəlif reaksiya verib.
Nəvələrin fotosu onlarda beyinin emosional empati hissəsini, övladlarının fotosu isə koqnitiv hissəsini aktivləşdirir.
Belə ki, nənələr nəvə hissini özlərinin bütün vucudundan keçirirlər, amma övladlarını şüurla anlayırlar.
Emosional empati zamanı insan digər adamın keçirdiyini hiss etməyə qadirdir, koqnitiv hiss zamanı isə onun hisslərini anlayır və səbəbini başa düşürlər.
Yəni əgər nəvə sevinirsə nənə də eyni qaydada nəvinin sevincini duyur. Alimlərin fikrincə, məhz birinci tip empati hissi daha dərin emosional əlaqəni inkişaf etdirməyə imkan verir.
Hazırda alimlər bu ekspeimenti babalar üzərində keçirməyi planlaşdırır.