Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Oynaq ağrılarınız varsa, bu məhsulları azaldın

User 03 Avqust 2026 - 17:10 (Last updated: 03 Avqust 2026 - 17:10)
artrit

Latın dilindən tərcümədə “artrit” sözü “oynaq ağrısı” mənasını verir. Bu xəstəlik oynaqlarda ağrı və iltihabla müşayiət olunur. Mütəxəssislər bildirirlər ki, artritin qarşısının alınmasında düzgün qidalanma mühüm rol oynayır. Lakin pəhriz hesab edilən bütün məhsullar oynaqlar üçün faydalı deyil.

Azpost.info bildirir ki, araşdırmalara görə, oynaq iltihabından əziyyət çəkən insanlar üçün əsas risklərdən biri omeqa-6 yağ turşularının həddindən artıq qəbulu hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, omeqa-6 yağ turşuları orqanizmin böyüməsi və inkişafı, həmçinin ürək sağlamlığı üçün vacib olsa da, onların normadan artıq qəbulu iltihab proseslərini gücləndirən maddələrin yaranmasına səbəb ola bilər.

Bu yağ turşuları əsasən qarğıdalı, soya, yerfındığı və küncüt yağlarında olur. Bu yağlardan uzun müddət və həddindən artıq istifadə artrit əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər.

Həkimlər iltihabla mübarizə üçün omeqa-3 yağ turşuları ilə zəngin məhsullara üstünlük verməyi tövsiyə edirlər. Bu maddələr qızılbalıq, skumbriya kimi yağlı balıqlarda, həmçinin qoz, kətan və çia toxumlarında bol miqdarda mövcuddur.

Mütəxəssislərin sözlərinə görə, omeqa-3 yağ turşuları orqanizmdə iltihabın azalmasına kömək edir və oynaqların sağlamlığını dəstəkləyir.

Artritin profilaktikası üçün tövsiyə olunan qidalanma modeli əsasən Aralıq dənizi pəhrizinə uyğundur. Bu pəhrizə müxtəlif meyvə və tərəvəzlər, tam taxıl məhsulları, paxlalılar, qoz-fındıq, zeytun yağı və balıq daxildir.

Həkimlər bildirirlər ki, antioksidantlar və faydalı doymamış yağlarla zəngin olan Aralıq dənizi pəhrizi orqanizmdə iltihabın səviyyəsini azaltmağa kömək edir, oynaqların fəaliyyətini yaxşılaşdırır və artrit riskini aşağı sala bilər.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: “Rusiya üçün əsas hədəf Paşinyanı devirmək deyil”
Next: Rusiyada əhval dəyişir: Müharibə üçün Putinə dəstək zəifləyir –

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.