“Oyunçularıma demişəm ki, Ronaldodan qorxmasınlar” –Azərbaycan millisinin baş məşqçisi Byazi

“Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq”. 

Bunu futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin “Repubblica” nəşrinə bildirib.

Nəşrin Azərbaycan futbolçularının Kriştianu Ronalduya qarşı oynamağın çətin olacağı barədə sualına De Byazi belə cavab verib:  “Tək Kriştianu deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək” –

Sonrakı məqalə

“Şəfəq-Asiman” blokunda ilk qaz ehtiyatları aşkar edildi –