“Bizim üçün Finlandiya və İsveçin NATO-ya üzvlüyü Ukraynanın NATO-ya üzvlüyü ilə eyni deyil. Bunlar tamam başqa şeylərdir. Onlar bunu çox gözəl başa düşürlər, sadəcə olaraq bu tezisi ictimai rəyə atırlar: aha, Rusiya istəmirdi, indi isə ikiqat aldı”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, qarşı tərəf bu yolla Rusiyanı çaşdıra bilməz: “İsveç və Finlandiya gəlincə, istəyirlərsə, qoşulsunlar! Bilirsiniz, belə kobud lətifələrimiz var: bu gün bir yerə girdim, sabah başqa yerə. Bu, onların işidir! Qoy, hara istəyirlər, girsinlər. Ukrayna tamamilə fərqlidir! Ukraynadan Rusiyanı sarsıtmaq üçün anti-Rusiya düzəltməyə, rus mədəniyyəti və rus dili ilə mübarizə aparmağa, özlərini rus dünyasının bir parçası hesab edən insanları təqib etməyə başladılar. Finlandiya və İsveçdə belə bir şey yoxdur. Bu, tamam başqa vəziyyətdir! İstəyirlərsə, buyursunlar!”.
Azpost.info
