Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurdu –

FOTO
16 Avqust 2021 - 21:24

Ötən gecə Əfqanıstan ordusuna məxsus hərbi təyyarə Özbəkistan ərazisinə qeyri-qanuni keçməyə cəhd edərkən Surxandərya vilayətinin Şerabad rayonu ərazisində ölkə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bu haqda Özbəkistan HHQ-nin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, təyyarənin pilotları ağır xəsarət alıb, onlar vilayətin mərkəzi Termez şəhərindəki xəstəxanaya yerləşdirilib.