Özbəkistan əhalisinin sayı 35 milyonu keçib

08 Sentyabr 2021 - 09:40

Sentyabrın 6-da Özbəkistan əhalisinin sayı 35 milyon 82 nəfər olub.

Özbəkistan Statistika üzrə Dövlət Komitəsinin mətbuat xidmətnin məlumatına görə, bunun 17 milyon 570 mini kişi, 17 milyon 430 mini qadındır.

Bu il iyulun 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 34 milyon 860 min nəfər olub.

Bildirilir ki, son iki ayda ölkə əhalisi 140, ilin əvvəlindən isə 301,3 min nəfər artıb.