Özbəkistanda kütləvi etiraz aksiyaları keçirilir.
Azpost.info bildirir ki, Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikasının sakinləri Konstitusiyada dəyişiklərlə etiraz etmək üçün küçələrə çıxıb.
Paytxat Nukus şəhərinin mərkəzinə toplaşan çoxsaylı kütlə etiraz şüarları səsləndirib. Sakinlər respublikanın Özbəksitanın tərkibindən çıxmağı qadağan edən konstitusiya dəyişikliyinə etiraz edirlər.
Konstitusiyanın yeni variantında hakimiyyət Qaraqalpaq respublikasının suveren hüququnu ləğv olunması qərarını veriblər.
Aksiyalar Çimbay və Muynake şəhərlərində də keçirilib.
Hüquq-mühafizə orqanları onlarla etirazçını saxlayıb. Muxtar respublkiaya Milli Qvardiyanın qüvvələri yeridilib.