Özbəkistanda “Tviter” 1 il sonra blokdan çıxarılıb- "Tik-Tok" hələ "qara siyahı"dadır

Özbəkistanda “Tviter”, “WeChat” və “Vkontakte” sosial şəbəkələri blokdan çıxarılıb.

Azpost.info xəbər verir ki, bu barədə İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi məlumat yayıb.

“Skype”, “Tviter”, “TikTok”, “Vkontakte” və “WeChat”ın işi 2021-ci ilin iyulunda Özbəkistanda “Fərdi məlumatlar haqqında” qanunun pozulması səbəbindən dayandırılmışdı. “Skype” bu ilin martında blokdan çıxarıldı, “TikTok”la danışıqlar hələ ki davam edir.

2021-ci ildə Özbəkistan prezidenti Şavkat Mirziyoyev tiktokçuları yersiz hərəkətlərə görə tənqid edib. O, bu sahədə məsuliyyətin gücləndiriləcəyini bildirib, həmçinin səlahiyyətli strukturları fəaliyyətsizlikdə ittiham edib.

Azpost.info

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.