Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 4 minə yaxın bina zədələnib

Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.

Bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.

“Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib”, – deyə məlumatda bildirilir.

Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Əvvəlki məqalə

Sabirabad bazarında yanğında 9 min kv.m sahə yanıb –

Sonrakı məqalə

Birinci vitse-prezident Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib